"Mən oğlan kimi yaşayıb, oğlan kimi fikirləşirəm”

10 İyun 2024 17:04

"Valideynlərim elə düşünürdülər ki, onların oğlan övladı dünyaya gələcək. Amma mən dünyaya gəldim. Gəldim, qız çıxdım. Mən oğlan kimi yaşayıb, oğlan kimi fikirləşirəm". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Səidə Sultan "Qonaqcanlı" verilişində deyib. 

Sənətçi cəmiyyətdə qızların yaşı artıqca onlara ünvanlanan "Niyə ərə getmirsən?" fikirlərinə münasibət bildirib: 

"Şəxsi həyatım qurulmalı idi ki, rahat olum. Çünki biz elə bir cəmiyyətdə yaşayırıq ki, rahatlığımız yoxdur. Qızlarımızın biraz yaşı keçəndən sonra onları "Nə vaxt ərə gedirsən?" kimi suallarla sorğu-sual etməyə başlayırlar. Mən də bu cəmiyyətdə yaşadığıma görə bir sıra məsələləri kənara qoymuşam və artıq öz işlərimlə, yəni sənətimlə məşğul oluram". 
Proqramın gedişatında aparıcının "Səidə, səni "Instagram"da izləyirəm. Elə bil ki, çəki almısan. Elə zənn etdim ki, ana olmağa hazırlaşırsan" sözlərinə Səidə "Bir müddət əvvəl kökəlmişdim. İndi isə çəkimi aşağı salmağa çalışıram. Mənə köklük yaraşmır. Yox, ana olmamışam. Ana olmaq üçün planlar qurmuram. Bu, Allahın işidir" cavabını verib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun