Krıma böyük hücum: S-400 və S-300-lər məhv edildi

10 İyun 2024 15:52

Bu gecə Ukrayna ordusu Cankoy rayonunda rusların bir S-400 zenit-raket diviziyasına, həmçinin Çernomorskoye və Yevpatoriya yaxınlığında iki S-300 zenit-raket diviziyasına uğurlu zərbələr endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

"Atılan raketlərimizin heç biri düşmənin "yüksək effektiv" hava hücumundan müdafiəsi tərəfindən tutulmayıb, xüsusən də Ukrayna raketlərinin hücumlarından sonra S-300/S-400 komplekslərinin fəaliyyəti dərhal dayanıb. Rus işğalçılar Krımda böyük itkilərə məruz qalıb", - məlumatda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun