“Canlı daha yaraşıqlısan” - Röyadan İlkinə

10 İyun 2024 15:56

"Səni təbrik edirəm, yaraşıq, canlı daha qəşəngsən, yaraşıqlısan. Səsində ki super!".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan builki "Avroviziya" təmsilçimiz İlkin Dövlətova deyib.

Xanım İsmayılqızının yaradıcılıq gecəsində bir araya gələn sənətçiləri "Söz Baz" görüntüləyib.

"Səsi kimi, özü də yaraşıqlıdır. Maşallah! Allah hər kəsə işıqlı yol açsın. Ümumiyyətlə, Azərbaycanda sənət çox inkişaf etsin. Əgər kimsə bir az yaxşı yol seçmirsə, demək istəmirəm o dərəcədə də. Əminəm ki, onlar da hamısı düzələcəklər. Başqa musiqilərə müraciət edəcəklər", - deyə, R.Ayxan müsahibəsində söyləyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun