Toyu olan aktrisa rəqsi ilə gündəm oldu - VİDEO

11 İyun 2024 03:03

Ötən gün toyu olan aktrisa Merve Dizdar rəqs görüntüləri ilə gündəm olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, nikahdan sonra aktrisa kiçik əyləncə məclisi təşkil edib.

Ailə üzvləri, yaxınları və dostları ilə əylənən Merve rəqsi ilə müzakirələrə səbəb olub.

Xatırladaq ki, Dizdar 10 aydır birlikdə olduğu Cihan Aygerlə ailə həyatı qurub.

Cütlük bal ayı üçün Yaponiyaya gedəcək.

Qeyd edək ki, Merve Dizdar 2018-ci ildə Gürhan Altundaşarla evlənib, 2021-ci ildə isə boşanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun