"Mənim gözəl dayəm"in aktrisası vəfat etdi

10 İyun 2024 14:35

Rusiyanın "Mənim gözəl dayəm" serialının yunan versiyasının aktrisası Despina Stylianopoulou vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa 92 yaşında ailəsinin əhatəsində dünyasını dəyişib.

Qeyd edək ki, 1960-cı ildə karyerasına başlayan Despina onlarla film və seriallarda rol alıb.

"Mənim gözəl dayəm" serialının aktrisası Anastasiya Zavorotnyuk isə ötən ay xərçəngdən vəfat edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun