Şahmatçımız Fransa çempionu oldu

10 İyun 2024 14:09

Fransada şahmat üzrə komandalar arasında çempionat keçirilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.

Yekunda heyətində azərbaycanlı şahmatçı Rauf Məmmədovun çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Rauf Məmmədov 6 oyunda iştirak edib. Şahmatçımız 2 partiyada qələbə qazanıb, 4 oyunda heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı azərbaycanlı şahmatçı Namiq Quliyev olub.

29 xalı olan "Bischwiller" ikinci, 27 xal toplayan "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun