Putin Türkiyəyə gedə bilmir

10 İyun 2024 14:00

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin konkret tarixləri hələlik müəyyən edilməyib, diplomatik kanallar vasitəsilə müzakirələr aparılır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti"yə Türkiyə Prezidentinin dəftərxanasından məlumat verilib.

"Cənab Putinin Türkiyəyə səfərinin konkret tarixləri barədə hələlik məlumat yoxdur. Müzakirələr davam edir", - qeyd olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun