Meloninin partiyası birinci oldu

10 İyun 2024 12:39

İtaliya Baş naziri Corciya Meloninin İtaliya Qardaşları Partiyası Avropa Parlamentinə keçirilən seçkilərdə 28,8 faiz səs toplayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İtaliya Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

İkinci yerdə səslərin 24 faizini toplayan müxalif Demokratik Partiyası qərarlaşıb.

"Qardaşlar"ın müttəfiqi İrəli İtaliya Partiyası 9.7 faiz səs toplayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun