“Qafqaz Qartalı - 2024” təlimində zərbə PUA-sı - VİDEO

10 İyun 2024 12:32

Ölkəmizdə keçirilən "Qafqaz Qartalı - 2024" təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.

Milli.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.

"Qafqaz Qartalı - 2024" təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun