General təqaüdə göndərildi - Yeni təyinat

10 İyun 2024 12:24

Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Əmrə əsasən, general Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Nazirin digər Əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun