Ali Koçla Aziz Yıldırımın debatı rekord qırdı

10 İyun 2024 11:02

İyunun 8-də "Fənərbaxça"nın prezidenti Ali Koçla sabiq prezident Aziz Yıldırımın "Habertürk"də canlı debatı izlənmə rekordu qırıb​. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial media paylaşımlarına görə reytinq aparan "Somera" məlumat yayıb.

Bildirilib ki, proqram böyük marağa səbəb olub və 55,89 % reytinq toplayıb. 

Qeyd edək ki, ötən gün "Fənərbaxça"nın prezidenti postuna seçkilər keçirilib. Post uğrunda iki namizəd - Ali Koç və Aziz Yıldırım mübarizə aparıb. Klubun son rəhbəri Ali Koç yenidən bu posta seçilib. O, daha 3 il müddətinə İstanbul təmsilçisinin prezidenti olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun