Millimizdən 7 pilləlik sıçrayış

10 İyun 2024 09:54

Basketbolun 3x3 növü üzrə milli komandaların reytinq cədvəli açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, qadınlardan ibarət Azərbaycan millisi 364,298 xalla 5-ci yerdə qərarlaşıb.

Avropa kubokunun təsnifat mərhələsini uğurla adlayan yığmamız 7 pilləlik sıçrayışa nail olub. Siyahıya Kanada (685,165) başçılıq edir. Çin (450,390) ikinci, Fransa (421,010) üçüncü, Almaniya (381,183) dördüncüdür.

Qeyd edək ki, kişilərin reytinq siyahısına Serbiyanın "Ub" klubu başçılıq edir - 2928,578 xal. Azərbaycan millisi isə "Top-30"a daxil edilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun