İlbizlər səsverməyə mane oldular

10 İyun 2024 10:49

Avropa və Belçika Federal Parlamenti seçkisində ilbizlər bir çox seçici üçün problemə çevriliblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, ilbizlər yerli sakinlərə poçtla göndərilən çağırış vərəqələrini yeyiblər.

Ən çox əziyyət çəkənlər kənd yerlərində yaşayan seçicilərdir. Son bir neçə həftə sərin və yağışlı keçdiyi üçün ilbizlərin sayı kəskin artıb.

Qeyd edək ki, Belçikada seçkidə iştirak cərimə təhlükəsi altında məcburidir. Vətəndaşları ilk buraxılmış səsverməyə görə 80 avroya qədər, növbəti hallarda isə 2000 avroya qədər cərimə gözləyir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun