İstanbula gələn turistlərin sayı 5 milyonu ötüb

10 İyun 2024 08:33

Bu ilin ilk rübündə İstanbula gələn xarici turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 5 milyon 244 min 936 nəfərə çatıb. Şəhərə gələn xaricilər arasında 167 min 824 nəfərlə ruslar birinci sıradadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İstanbul şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib.

Məlumatına görə, bu il İstanbula gələnlərin əksəriyyəti hava yolundan istifadə edib. Dəniz yolu ilə gələnlərin sayı isə 29 faiz azalıb.

Bu il şəhəri ziyarət edənlər arasında Azərbaycan, Almaniya, İran, ABŞ, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı, İtaliya, Özbəkistan, Çin Xalq Respublikası və Hollandiya vətəndaşları çoxluq təşkil edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun