Bakıda gənc qız ölümdən döndü

10 İyun 2024 08:28

Bakının Suraxanı rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, "Toyota Prius" markalı avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Müslümova Nəzrin Gündüz qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun