Bakıda yol qəzası olub, xəsarət alan var

10 İyun 2024 05:49

Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1979-cu il təvəllüdlü Haqverdiyeva Vüsalə Davud qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun