Əxlaqsız hərəkətlər edən taksi sürücüsü saxlanıldı

10 İyun 2024 06:56

Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkətini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən edilərək Bakı şəhərində saxlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun