Belçika baş naziri də istefa verdi

10 İyun 2024 01:34

Belçikanın Baş naziri Aleksandr De Kros istefa verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Le Soir" qəzeti məlumat yayıb.

"Bizim üçün xüsusilə çətin bir axşam oldu, uduzduq. Sabahdan etibarən mən səlahiyyət müddətini başa vuran baş nazir olacağam", - De Kros bildirib.

Qeyd edək ki, bu gün Belçikada həm milli, həm regional, həm də Avropa Parlamentinə seçkilər keçirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun