Rusiya ordusu Kursk vilayəti ilə sərhəddə yerləşən Rıjevka kəndini ələ keçirib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.
"Əziz qardaşımız Aslambek Saliyevin komandanlığı altında Rusiya Müdafiə Nazirliyinin "Əhməd-Çeçenistan" alayının döyüşçüləri digər rus bölmələrinin hərbi qulluqçuları ilə birlikdə daha bir yaşayış məntəqəsini düşməndən azad ediblər", - deyə o bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun