İmtahan nəticələri bu tarixdə açıqlanacaq

10 İyun 2024 00:10

Mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri növbəti həftə açıqlanacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında deyilir.

Bildirilib ki, imtahan cavablarının gələn həftənin əvvəli elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahanlarda 49 minə yaxın abituriyent iştirak edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun