Makron Fransa Milli Assambleyasını buraxıb

10 İyun 2024 00:25

Prezident Emmanuel Makron Fransa Milli Assambleyasının (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Fransanın əmin - amanlıq və harmoniya içində fəaliyyəti üçün aydın parlament çoxluğuna ehtiyacı var", - Prezident fransızlara televiziya müraciətində deyib.

"Mən növbədənkənar parlament seçkiləri təyin edirəm. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də keçiriləcək", - Makron vurğulayıb.

Beləliklə, Makron "Renessans" Partiyasının Avropa Parlamentinə (AP) seçkilərdə ağır məğlubiyyətini etiraf edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun