Hava Şarları Festivalı başa çatdı - FOTOlar

9 İyun 2024 20:46

Şamaxıda iki gündür davam edən Hava Şarları Festivalı başa çatıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, festivala "Silence" proqramlarının sonunda hava şarlarının yenidən səmaya qalxması ilə yekun vurulub.

Qeyd edək ki, Şamaxı İcra Hakimiyyətinin dəstəyi ilə "EZONE" şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun