Hakan Fidan Rusiyaya səfər edəcək

9 İyun 2024 18:30

Türkiyə xarici işlər naziri Hakan Fidan 10-11 iyun tarixlərində Rusiya Federasiyasına səfər edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Hakan Fidan Moskvada bir sıra ikitərəfli görüş keçirəcək, həmçinin iyunun 11-də Nijni Novqorodda keçiriləcək BRİCS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutacaq BRICS+ iclasında iştirak edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun