İranda prezidentliyə iddialı ilk qadın namizədliyini geri götürdü

9 İyun 2024 13:48

İranda prezidentliyə ilk qadın namizəd Zöhra İlahian növbədənkənar prezident seçkilərində iştirak etməmək qərarına gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə yazıb.

"Namizədlikdən geri çəkildiyimi bəyan edirəm", - İslam Şurası Məclisinin sabiq üzvü bildirib.

Eyni zamanda, İlahian seçkilərdə "inqilabi cəbhədə birliyi qorumaq üçün qadın ictimaiyyətini maksimum iştiraka" çağırıb.

Xatırladaq ki, iyunun 1-də İran tarixində ilk dəfə qadın prezident seçkilərində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçib.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun