İrəvanda başlayan yanğın 2 gün sonra söndürüldü

9 İyun 2024 08:19

İrəvan yaxınlığında, İrəvan-Göyçə yolunun 2-ci km-liyində qaz məntəqəsində 6 iyunda baş verən yanğın 8 iyun saat 21:34-də nəhayət söndürülüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb.

Qeyd edək ki, 6 iyunda qaz sisternlərindən birində güclü partlayış baş vermiş, ardınca isə yanğın başlamışdı.
Hadisə nəticəsində xəsarət alan 7 nəfərdən 6-sı xəstəxanadadır. Onlardan ikisinin vəziyyəti çox ağırdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun