Rusiyada qubernator müavini külli miqdarda rüşvətlə tutuldu

9 İyun 2024 08:13

Moskvanın Basmannı məhkəməsi Tümen vilayəti qubernatorunun müavini Vyaçeslav Vaxrini xüsusi külli miqdarda rüşvət almaqda ittiham edərək həbs edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun barəsində istintaq orqanının iddiası təmin edilib və 1 ay 29 gün müddətində həbs qətimkan tədbiri seçilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun