Türkiyəyə də belə vədlər verilir, gülməlidir - Zaxarova

9 İyun 2024 07:40

Bu, çox gülməlidir. Təəssüf ki, eyni zamanda kədərlidir. Bu, AB ilə Ukrayna arasında münasibətlərdə baş verən tragikomediyadır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın AB üzvlüyü ilə bağlı aparılan danışıqları şərh edərkən deyib.

"Ankaraya da uzun zamandır ki, belə vədlər verilir, ancaq Türkiyənin öz milli maraqları var və dövlət onları qoruyur. Türkiyə hər zaman iqtisadiyyatı və demokratik prosesləri dəstəkləyir", - Zaxarova qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun