Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa kubokuna start verib.
Milli.Az idman.biz-ə istinadən xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən turnirin ilk günündə komandamız ilk matçına çıxıb.
Yığmamız ilk matçında Malta ilə qarşılaşıb. Komandamız 17:14 hesabı ilə qələbə qazanıb. Komandamız qrupda ikinci oyununu sabah Lüksemburqla keçirəcək.
Digər qrupda İrlandiya, Andorra, Kosovo və Kipr gücünü yoxlayacaq.
Avropa kuboku
Təsnifat mərhələsi
A qrupu
8 iyun
17:50. Azərbaycan - Malta - 17:14
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun