Nüvə proqramımız MAQATE-nin nəzarəti altındadır - İran

9 İyun 2024 00:50

İran nüvə proqramını Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) tələbləri əsasında həyata keçirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri "CNN Türk"ə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri deyib.

"İranın nüvə proqramı və fəaliyyəti tamamilə qanunidir və MAQATE-nin nəzarəti altındadır", - Bagiri bildirib.

Qeyd edək ki, MAQATE İranın nüvə proqramından narahatlığını dəfələrlə elan edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun