Bəşəriyyət üçün iki əsas təhlükə var - Bayden

9 İyun 2024 00:40

İqlim dəyişikliyi və nüvə silahları planetdə bəşəriyyətin mövcudluğu üçün əsas təhlükədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Parisdə fransalı həmkarı Emmanuel Makronla görüşündə deyib.

Amerika lideri vurğulayıb ki, iqlim dəyişikliyinin mövcud təhlükəsi getdikcə güclənir:

"Bu, insanlıq üçün ekzistensial təhlükədir. İqlim dəyişikliyi ilə bağlı nəsə etməsək, bu, nüvə silahları ilə yanaşı insanlıq üçün yeganə ekzistensial təhlükə olaraq qalacaq".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun