Azərbaycanda 35 yaşlı kişini ildırım vurdu

8 İyun 2024 20:48

Goranboyda 35 yaşlı kişini ildırım vurub.

Milli.Az konkret.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Quliyev Ayaz Mübariz oğlunu həyətində qəfil ildırım vurub və o huşunu itirərək yerə yıxılıb.

A.Quliyev təcili xəstəxanaya çatdırılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun