İsrailin Qəzzada girovları azadetmə əməliyyatı zamanı 210 sakin həlak olub

8 İyun 2024 23:25

İsrail ordusunun bir qrup girovu azad etmək üçün keçirdiyi əməliyyat zamanı Qəzza zolağında azı 210 mülki şəxs həlak olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Fələstin tərəfinin məlumatına görə, daha 400 qəzzalı yaralanıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Nuseyrat düşərgəsində dörd girovu azad etdiklərini bəyan edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun