Bakıda oğul atasını bıçaqladı

8 İyun 2024 19:30

Bakıda bıçaqlanma hadisəsi olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.

25 yaşlı Ömər Soltanovla yaşadıqları evdə atası Famil Soltanov arasında münaqişə yaranıb.

Münaqişə zamanı oğul atasına bıçaqla zərbə endirib.

Daxil olan məlumat əsasında polis əməkdaşları hərəkətə keçiblər. Əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Ö. Soltanov saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun