Dünənki bölümü “Aşk-ı Memnu”ya bənzətdilər - FOTOlar

8 İyun 2024 20:50

Ötən axşam Türkiyədə yayımlanan "Kızılcık şerbeti" serialı 2-ci mövsüm finalına çıxıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, serial son bölümdə baş verən hadisələrlə gündəm yarada bilib. 

Belə ki, ekran işində ardıcıl olaraq baş verən hadisələrin az qala, hər parçası sosial şəbəkələrdə paylaşılaraq müzakirələr yaradıb. Hətta bu bölümü "Aşk-ı Memnu" serialının final bölümünə bənzədənlər də olub.

Serial reytinqlərdə də üstünlüyü ələ ala bilib. 

Ötən axşam "Kızılcık şerbeti" serialı ilə yanaşı "Yalı çapkını" da izləyiciləri ilə bu mövsümlük vidalaşıb. Lakin izləmə rekordlarına görə "Kızılcık şerbeti" birinci yerdədir. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun