Məşhur braziliyalı siyasətçi, Rio-de-Janeyro şəhərinin keçmiş meri Sezar Maya tualetdə oturduğu zaman onlayn görüş çərçivəsində peyda olub. Bu barədə "Daily Mail" yazır.
Milli.Az lent.az-a istinadən bildirir ki, biabırçılıq iyunun 5-də baş verib. Görüş videokonfrans formatında keçirilib. 78 yaşlı Maya işə başlayana qədər tualet də daxil olmaqla vacib işlərini bitirməyə vaxt tapmayıb. Yəqin ki, siyasətçi kadra yalnız onun üzünün daxil ediləcəyini gözləyirdi, lakin sonda kamera tualet və çıxarılmış şalvar da daxil olmaqla ətrafdakı bütün "mənzərəni" çəkib. Maya tələsik telefonu düzəltsə də, amma artıq gec idi.
"Müşavir Maya, xahiş edirəm, kameranı söndürəsiniz", deyə iclasın təşkilatçısı Pablo Mello gülüşünü saxlaya bilməyərək müraciət edib.
Bundan sonra eks-mer kameranı söndürərək ekranlardan itib. Biabırçı görüntülər sosial şəbəkələrdə və YouTube-da sürətlə yayılıb.
Maya Braziliyanın ən böyük şəhərlərindən birinə 1993-1997 və 2001-2009-cu illərdə 12 il rəhbərlik edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun