"Meyvəli" bazarda meyvələrİ oğurladılar

8 İyun 2024 17:36

Bakıda bazarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində müxtəlif vaxtlarda bir nəfərin 3 yeşik alçası, bir nəfərin mobil telefonu və 2 avtomobildən mobil telefonlar oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Seyran Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, hadisə "Meyvəli" bazarda qeydə alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun