Paşinyan “köç” dedi, MTX sədri imtina etdi

8 İyun 2024 17:20

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanla Baş nazir Nikol Paşinyan arasında etimadsızlıq olduğu haqda məlumat yaranıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, erməni mediası Nikol Paşinyanın MTX sədrinə hökumət üzvləri üçün hazırlanan bağ evinə köçməyi təklif edib. İddialara görə, A.Abazyan bu təklifdən imtina edib.

Səbəb kimi isə Paşinyanın istənilən vaxt onun evinə "qvardiyasını" göndərib, yoxlama apara və yaxud gecənin istənilən vədəsində öz yanına çağıra biləcəyi göstərilir. Belə görünür ki, baş nazir MTX rəhbərinə güvənmir, bu isə Abazyanın vəzifəsini hər an itirə biləcəyi anlamına gəlir.

Bildirilib ki, hazırda hökumətin bağ evində cəmi 3 ailə yaşayır: Paşinyan, Alen Simonyan və Ararat Mirzoyan.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun