Əli Baqiri Kani İstanbula getdi: Nəyi müzakirə edəcək?

8 İyun 2024 15:22

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani Türkiyədə keçiriləcək D-8 toplantısında iştirak etmək üçün İstanbula yola düşüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

İranın ali diplomatının D-8-in Fələstin üzrə sessiyasında iştirakı və tədbirdə iştirak edən həmkarları ilə görüşləri nəzərdə tutulub.

İran mediası, inkişaf etməkdə olan səkkiz İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) xarici işlər nazirlərinin şənbə günü İstanbulda keçiriləcək fövqəladə toplantısının D-8 ölkələri üçün İsrailin Qəzzada apardığı müharibəyə qarşı vahid cəbhənin təqdim edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini yazır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun