Prezident: Azərbaycan və Misir beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir

8 İyun 2024 14:00

Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz (Misirlə - red.) üst-üstə düşür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında səsləndirib.

Azərbaycan ilə Misirin beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışdıqlarını, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiklərini söyləyən dövlətimizin başçısı deyib ki, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk.

Milli.Az