Kəngərlidə partlamamış iki mərmi tapıldı

8 İyun 2024 14:12

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərazisində partlamamış iki ədəd mərmi aşkar edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kəngərli rayonu ərazisində partlamamış iki ədəd mərmi aşkar olunub.

Təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Kəngərli rayonu Çalxanqala kənd ərazisində aşkar olunan iki ədəd 122 mm-lik top mərmisi Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlılarının istehkam qrupunun hərbi qulluqçuları tərəfindən götürülərək zəzərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun