“Kabinet” sözünü hərə öz tərbiyəsi ilə ölçür” – VİDEO

8 İyun 2024 15:46

Əməkdar artist Nüşabə Ələsgərli müğənni Təranə Musayevanın ifaçı qızı Qumralın "Ən çox pul və yaxşı məclislər kabinetlərdə olur" fikirlərini münasibət bildirib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı sənətçi "Elgizlə izlə" ictimai-sosial verilişinin efirinə zəng edərkən danışıb.

Nüşabə Qumralla bu mövzuda həmfikir olduğunu vurğulayıb.

"Əvvəla "kabinet" sözünü hərə öz tərbiyəsi ilə ölçür. "Kabinet" otaq, məclis, banket otağıdır. Elə "kabinet"lərdə sənin də, mənim də ad günüm və ya hər hansısa məclisim ola bilər. Axı bu "kabinet" sözünü niyə insanlar pis formada fikirləşirlər?! Bəli, məndə pis şeyləri dəstəkləmirəm. Amma normal oxumağa gedirsənsə, pulunu və qonorarına qazanmağa gedirsənsə və nəticədə ailən dolanırsa, burada pis nə var ki..."

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun