Manaf Ağayevi pul yağışına tutdular - VİDEO

8 İyun 2024 18:28

Müğənni Manaf Ağayev yeni görüntüləri ilə diqqət çəkib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, toylardan birində iştirak edən ifaçı pul yağışına tutulub.

Məclis Gürcüstanda keçirilib. Yeni ailə quran cütlüyün özəl günündə ifalarını səsləndirən sənətçinin başından müxtəlif nominallı pullar səpiblər.

Görüntüləri ifaçı şəxsi instaqram hesabında yayımlayıb.

Sosial şəbəkə izləyiciləri Manaf Ağayevin Gürcüstandakı həmyerlilərimiz tərəfindən də çox sevildiyini vurğulayıblar.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun