Fransa Rusiya ilə müharibə aparmır - Makron

8 İyun 2024 10:33

"Fransa Rusiya ilə müharibə şəraitində deyil".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.

"Biz eskalasiyanın qarşısını almaq niyyətindəyik", - deyə Makron qeyd edib.

Qeyd edək ki, o, bu açıqlamanı Fransanın hazırda ukraynalı pilotların hazırlanmasına başlaması məsələsini şərh edərkən verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun