Türkiyədə yaşayış binasında yanğın - 19 nəfər zəhərləndi

8 İyun 2024 10:05

Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda 15 mərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 15 sakin və 4 yanğınsöndürən tüstüdən zəhərlənib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.

Qeyd edilir ki, hadisə 2-ci mərtəbədəki mənzildə, naməlum səbəbdən baş verib. Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım və polis əməkdaşları cəlb edilib. Yanğınsöndürənlər binadakı sakinləri təxliyə ediblər.

Tüstüdən zəhərlənənlər təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.

Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun