Bəzi yollarda duman olacaq

8 İyun 2024 09:39

Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, iyunun 8-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun