Ağaclar aşdı, magistral yol bağlandı

8 İyun 2024 09:24

Yevlax- Zaqatala- Gürcüstan magistral yolunun Qax rayonunun Tasmalı kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb irigövdəli ağacların magistral yola aşmasıdır.

Belə ki, axşam saatlarında əsən güclü külək səbəbindən irigövdəli ağaclar magistral yola aşıb.

Nəticədə Qax rayonunun Tasmalı kəndi ərazisindən keçən hissəsi nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.

Hazırda yolun açılması istiqamətində işlər aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun