Neymar Messi ilə eyni komandada oynayacaq

8 İyun 2024 11:16

Braziliyalı futbolçu Neymar karyerasını ABŞ-də davam etdirə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubu Jr Neymar ilə danışıqlara başlayıb.

Bildirilib ki, braziliyalı hücumçu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılmaq istəyir. "İnter Mayami" rəsmiləri isə Neymarın keçidi üçün tələb olunan məbləği ödəməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Lionel Messi də məsələ ilə bağlı açıqlamasında Neymarın "İnter Mayami" klubuna keçəcəyini bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun