Hacıqabul rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Allahverdiyev Bayram Araz oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.
Hadisə zamanı B.Allahverdiyev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona 4-cü bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun