"Fənərbağça" PSJ-nin futbolçusu ilə razılaşdı

8 İyun 2024 07:33

"Fənərbağça" klubu PSJ-də çıxış edən portuqaliyalı yarımmüdafiəçi ilə razılaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" PSJ-nin "Benfika"dan 65 milyon avroya transfer etdiyi Qonçalo Ramoşu icarə əsasında heyətinə qatacaq.

Joze Mourinyonun "Fənərbağça" klubuna baş məşqçi gətirilməsi və Luiz Enrikenin Qonçalonu yeni mövsümdə əsas heyətdə istəməməsi keçidin reallaşmasına şərait yaradıb.

Qeyd edək ki, Qonçalo Ramoş 2023-cü ildə PSJ klubuna transfer olunmuşdu.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun