“Qalatasaray” Okan Burukla bağlı qərar verdi

8 İyun 2024 09:20

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Okan Burukla müqavilənin müddətini yeniləyib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.

Okan Buruk hər ili üçün 70 milyon türk lirəsi maaş alacaq.

Qeyd edək ki, "Qalatasaray" Okan Burukun rəhbərliyi altında ötən mövsüm Türkiyə Superliqasının qalibi olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun